3

Kültepe 2

2-ci Kültəpə yaşayış yeri müasir Didivar və Yuxarı Uzunoba kəndləri arasında, Naxçıvançayın qərb sahilində, Nazçıvan şəhərindən 10 km şimalda yerləşir (şəkil 1). Erkən (ETD) və Orta (OTD) və Son Tunc dövrü (STD) ərzində məskunlaşan müasir yaşayış yeri 10 hektar sahəni əhatə edir (şəkil 2). Arxeoloji qazıntılar və kəşfiyyatlar göstərir ki, Orta Tunc dövrü(OT) yaşayış yerinin bütün sahəsini əhatə etmişdir, ola bilsin ki, Küh-Araz yaşayış yeri təqribən 5 ha sahəni əhatə etmişdir. Bu e.ə. dördüncü-ikinci miniliklərdə Naxçıvanda ən böyük yaşayış yerlərindən biri olmuşdur. 2-ci Kültəpədə ilk qazıntı 1962-ci ildə Osman Həbibullayev tərəfindən Eneolit və Tunc dövrünə aid 1-ci Kültəpə yaşayış yerindəki tədqiqatların bir hissəsi kimi aparılmışdır. 1968-1989-cu illərdə Vəli Əliyev bu yaşayış yerinin dördüncü və ikinci minilliklərə aid təbəqəsini araşdırmışdır. O, ikinci minilliyə aid müdafiə divarlarının və rəsmi binaların qalıqlarını aşkar etmiş və buna əsasən Naxçıvanın qədim şəhər və dövlət olduğunu qeyd etmişdir. Vəli Əliyev və onun komandası həmçinin 500 м2 sahədə möhrə və çiy kərpicdən tikilən dairəvi və dördkünc formalı Kür-Araz evlərinin qalıqlarını aşkar etmişlər (şəkil 3).

2006-cı ildə Naxçıvan Arxeoloji Proyekti bizim ilk kəşfiyyat mövsümündə yenidən 2-ci Kültəpəyə getdi. Radiokarbon tarixlərini bərpa etmək üçün biz 2 X 2m sahədə, əvvəlki Kür-Araz təbəqəsinin yaxınlığında arxeoloji qazıntı apardıq. Qazıntı 7m dərinliyədək davam etdirildi. Biz bu qazıntını 1970-ci illərdə tərk edilmiş Orta Tunc dövrü (OTD) təbəqəsinin son cəviyyəsindən başladıq və xam torpağadək davam etdirdik (şəkil 4).

Biz ocaqlardan, ocaq çuxurlarından və pis saxlanmış arxitektura qalıqlarından ibarət 52 tikinti dövrü aşkar etdik. İki təbəqədə dairəvi formalı möhrə divarlar da aşkar olundu (şəkil 5). Biz strategiyamızın bir hissəsi kimi hər bir döşəmə, ocaq, ocaq çuxuru, kül təbəqəsiindən 10-12 litr flotasiya edərək Kür-Araz dövrü ərzində paleobotaniki nümunələrin ardıcıllığını, kənd təsəırrüfatı strategiyasının dəyişməsini izləmək istədik (şəkil 6). Hazırda biz bu dərin şurfun əvvəlki qazıntılarla sinxronizasiyası üzəridə işləyirik.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5
Figure 6