3

Maxta

1-ci Maxta yaşayış yeri müasir Maxta kəndi yaxınlığında, Şərur şəhərindən 5 km şimal-qərbdə yerləşir (şəkil 1). Müasir yaşayış yeri .78 ha sahəni əhatə edir. Erkən Tunc dövrü ərzində məskunlaşdırılan abidədə 4 m hündürlükdə təbəqə yığılmışdır. 1-ci Maxta suvarılan sahənin ortasında yerləşdiyindən buldozer tərəfindən böyük dağıntıya uğradılmışdır (şəkil 2). 1988-1989-ci illərdə Səfər Аşurov və Vəli Əliyev bu yaşayış yerində 10 X 10m sahədə qazıntı aparmışdır. Onlar bir neçə dairəvi formalı Kür-Araz binası, o cümlədən planı tam bəlli olan bir ev aşkar etmişlər. 2006-cı ildə Naxçıvan Arxeoloji Proyekti bizim ilk kəşfiyyat mövsümündə yenidən 1-ci Maxtaya getdi. Böyük buldozer yaşayış yerini dağıtmış, xeyli kəsiklər buraxmış, Kür-Araz mədəniyyətinə aid materialları, o cümlədən ktramika və ocaq qurğularını üzə çıxarmışdır. Bu bizi yaşayış yerində şurf qoymağa ruhlandırdı (şəkil 3). Biz 2 X 2m sahədə tədqiqat işləri apardıq. Təqribən 2,5 m dərinlikdə dairəvi formalı binalar aşkar olundu (şəkil 4 və şəkil 5). 2-ci Kültəpədə olduğu kimi biz C-14 tarixlərin və arxeobotaniki qalıqların bərpa edilməsinə diqqət edirdik (heyvan sümükləri və kömürləşmiş toxumlar).

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5