3

Oglanqala Survey

Oğlanqala hündürlüyü 140 m olan Qaratəpə dağı üzərində yerləşir. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir (şəkil 1). Beləliklə, Oğlanqala həm şimalla cənub arasında Kiçik Qafqazdan, həm də Urmiya və Sevan (keçmiş Göyçə) arasında Cənubi Qafqazda ən məhsuldar ovalıqdan keçən əsas yolları idarə etmək imkanına malik olmuşdur. Oğlanqalada əsas müdafiə divarları təqribən 10 hektar sahəni əhatə edir, lakin qaladan kənarda məskunlaşma əlavə olaraq 2,5 ha sahəni əhatə edir.

Arxitektura qalıqlarının araşdırılması

2008-сi ildə yaşayış yerini kompleks araşdırmaq və onu xəritələşdirməyi qarşıya qoymuşduq. Robert Bryant (GSU) dağın topoqrafik xəritəsini hazırlamaq və həmin xəritəyə arxitektura qalıqlarını yerləşdirmək üçün ümumi stansiyadan istifadə etdi (şəkil 2). O, həmçinin yaşayış yerindən kənarda olan bəzi obyektləri, o cümlədən Erkən Dəmir dövrünə aid kurqanı qeydə aldı və onun yaşayış yerindən şimal-qərbdə olduğunu müəyyənləşdirdi. Yaşayış yerindəki arxitektura qalıqları müxtəlif dövrlərə aiddir. Bir çox halda biz qazıntı materiallarına əsaslanaraq arxitektura qalıqlarının dövrünü müəyyənləşdirdik. Orta Dəmir dövrünə aid müdafiə divarları, Son Dəmir dövrünə aid evin divarları və Orta əsr arxitekturası narınqalanın böyük bir qismində bir-biri ilə qarışmış vəziyyətdə qeydə alınmışdır. Mövcud olan arxitekturanı ərazinin rəsmi ilə müqayisə edərək biz müdafiə divarlarındakı boşluqları doldura bildik.

Yerüstü material

Bu xəritəni tamamlamaq üçün Lauren Ristvet yaşayış yerindəki keramika məmulatını sistematik olaraq toplamağı qərara aldı. Yaşayış yeri topoqrafiya və arxitekturaya əsasən 22 əsas sahəyə bölündü (şəkil 3). İşin gedişində daha qədim arxitekturanın sıx yerləşdiyi sahələr ikiyə bölündü. Araşdırmaların gedişində materiallar beş dövrə bölündü: Son Tunc dövrü, Erkən Dəmir dövrü, Orta Dəmir dövrü, Son Dəmir dövrü və Orta əsrlər. Biz müxtəlif dövrlərin keramika məmulatını xəritədə yerləşdirərək müəyyən dövrlərdə yaşayış yerinin sərhədlərinin necə dəyişdiyini müəyyən etmək imkanı əldə etdik.

Biz Oğlanqalada Son Tunc dövrünə aid yalnız iki boyalı keramika parçası tapdıq. Az da olsa bu material göstərir ki, yaşayış yeri e.ə. ikinci minilliyin sonunda məskunlaşdırılmışdır. Biz yaşayış yerində Erkən Dəmir dövrünə aid materiallara da olduqca az rastladiq. Boz rəngli keramka parçaları yaşayış yerindən şimal-qərbdə yerləşən kurqanın üzərindən və sitadelin yuxarısından tapıldı (şəkil 4). Ehtimal etmək olar ki, sitadel bu dövrdə inşa edilmişdir, lakin qazıntı sahəsindən bu mülahizəni təsdiq edəcək heç bir material aşkar olunmamışdır.

Orta Dəmir dövrünə aid keramika parçaları isə əksinə daha çox tapılırdı, onlar demək olar ki yaşayış yerinin hər yerindən əldə olunmuşdur. Böyük müdafiə divarlarının əksəriyyəti və sitadelin əsasının əsasının qoyulması, ehtimal ki, bu dövrə aiddir (şəkil 5).

Son Dəmir dövrünə aid keramika məmulatı da yaşayış yerinin hər yerindən tapılırdı. Ehtimal ki, cənub və cənub-qərbdə tikilən xüsusi binalar massivi bu dövrə aiddir, bu ərazidə erkən mərhələyə aid heç bir material əldə edilməmişdir (şəkil 6).

Nəhayət, Orta əsrlərə aid yaşayış yeri başlıca olaraq təpənin mərkəzində sitadeldə cəmlənmişdi, lakin Orta əsrlərə aid arxitektura qalıqları və keramika məmulatı yaşayış yerinin cənub və cənub-şərq bölmələrindən də aşkar edilmişdir.

Nəticə

Oğlanqalaın ümumi araşdırılması bu yaşayış yerində abidənin xarakterində baş verən diaxronik dəyişmələri tədqiq etməyə imkan verir. Biz Orta Dəmir dövründə sitadelin və az miqdarda mülki binaların tikilməsindən başlayaraq Son Dəmir dövrünün inkişaf etmiş şəhər tipli yaşayış yerinədək baş verən dəyişiklikləri izləyə bilirik. Bu dövrdə əvvəlki dövrlərdə tikilən möhtəşəm müdafiə divarları da istifadə edilmişdir. Bir çox hallarda əvvəlki divarlar yenidən bərpa edilmişdir. Məsələn, yeni müdafiə divarlarının tikintisində müxtəlif tikinti üsullardan istifadə edilmişdir. Bəzi zamanlarda, ola bilsin ki, Ellinistik dövrdə yaşayış yeri bir neçə yüz il ərzində tərk edilmişdir. Yüz illərdən sonra oturaq və heyvandar əhali birləşmələri yaşayış yerinə qayıdaraq oradan otlaq və qəbiristanlıq kimi istifadə etmişdir.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5
Figure 6