3

Iron Age Palace

Oğlaqalanın ən yüksək qayalıq hissəsində nəvaxtsa monumental kompleksin tikintilərini formalaşdıran daş divarların qalıqları vardır. 2008-ci ildə proyektə uyğun olaraq 1988-ci ildə Vəli Baxşəliyevin apardığı qazıntıların yaxınlığında sahəsi 10 X 10 m olan iki qazıntı sahəsi (A və B kvadratı) və sahəsi 2,5 X 2 m olan şurf (D kvadratı) qoyuldu.

Earlier Excavation

1988-сi ilin qazıntıları zamanı iki mühüm divar aşkar edilmişdir, onların qalıqları yer səthində görünməkdədir. Bu daş divarlar iri kobud işlənmiş daşlarla hörülərək iri daş blokların arasına qoyulmuş kiçik həcmli daşlarla tamamlanmışdır. Bu divarlar qazıntı sahəsini qərb və şimal sərhədlərini təşkil edir (şəkil 1).

Bu tikinti texnikası Oğlanqalada müdafiə divarlarının və bürclərin tikintisində geniş istifadə edilmişdir. Ehtimal ki, onlar bu divarla həmdövrdür. Bu həmçinin Bastam, Ayanis və III Həsənli kimi Dəmir dövrü qalalarının divarlarının tikintisində izlənmişdir. Sitadelin qərb hissəsindəki divarı kiçik həcmli kobud işlənmiş daşlarla o cümlədən dən daşları ilə palçıqla doldurularaq möhkəmləndirilmişdir (şəkil 2) Bu divar şimal divardan bir qədər qaba hazırlansa da qalanın e.ə. 8-7-ci əsrlərə aid arxitekturası ilə həmdövrdür.

1988-ci ilin qazıntıları göstərir ki, qərb divarın şimal divarının əlavəsi olduğunu göstərmişdir. Ehtimal ki, bu sonradan əlavə edilmişdir. Baxşəliyev sitadeldə dörd tikinti qatının olduğunu müəyyən etmişdir. Lakin o sonuncu tikinti qatını nəzərə almamışdır. Sonuncu tikinti dövrü, ehtimal ki, Orta əsrlərə və ya müasir dövrə aiddir. Onlar kobud işlənmiş daşlardan inşa edilmiş divarlardan ibarətdir. Bu tip hörgü üsulunu biz 2008-ci ilin qazıntılarında A və B kvadratlarında aşkar etdik. Digər dörd tikinti qatının dövrləşdirilməsi onunla mürəkkəbləşmişdir ki, şərq yarımhissədə qazıntılar 1,5 m dərinliyədək davam etdirilmişdir, qərb yarımhissədə isə dərinlik 3 metrə çatmışdır. Baxşəliyev iki kvadratda qazıntı aparmış, üçüncü tikinti qatında bir altlıq və iki sütun barabanı, dördüncü tikinti qatında isə bir sütun barabanı aşkar etmişdir. Ehtimal ki, burada hansısa bina, yaxud portik dağılmış və bütün sütunlar eyni arxitektura kompleksinə aid olmuşdur (şəkil 3 və şəkil 4)

2008-ci ilin qazıntıları

A və B qazıntıları

2008-ci ildə biz Baxşəliyevin köhnə qazıntılarının cənubunda A və B kvadratlarını qoyduq, bu zaman A kvadratının cənub tərəfi köhnə qazıntılar zamanı aşkar olan qərb divarına parallel idi. A və B kdadratlarının üzərini örtən tamamlanmamış daş hörgülər bəzən dairəvi tikintilər əmələ gətirirdi. Bu daş tikintilər ehtimal ki, Orta əsrlərdə, yaxud daha son dövrlərdə heyvandarlar tərəfindən tikilən evlərin, yaxud heyvan yataqlarının qalıqları olmuşdur. Lakin bir neçə dən daşı və kül yığınlarından başqa bu daş tikintilərdə mədəni həyatın olduğunu göstərən heç bir şey tapılmamışdır. Bu daş tikintilərdən güllə, silah və Rusiya keramikası olan dörd qəbir aşkar olunmuşdur (şəkil 5).

Sütunlu salon

B kvadratında bir sütun barabanı daş tikintilərlə eyni səviyyədə aşkar olunmuşdur, aydındır ki, o, ikinci dəfə işlədilmişdir (şəkil 6). Bu sütun barabanı yaxşı stol ola bilərdi, ehtimal ki, onun yeri dəyişdirilmiş və daş tikintiləri inşa edən heyvandarlar tərəfindən dəfələrlə istifadə edilmişdir, yaxud sütunun dağıntısından sonra o, yerində qalmış və yeni gələnlər tərəfindən istifadə edilmişdir. Tamamilə eyni tipli sütun barabanı, həmin səviyyədə A kvadratının kənarında aşkar olunmuşdur, bu, kvadratın kəsiyində aydın şəkildə izlənir (şəkil 7) Aydındır ki, baranan yerində deyildir, lakin aydın deyil ki, o, bura sonra məskunlaşan sakinlər tərəfindən gətirilmiş, həmin yerə eroziya ugramış torhaqla diyirlənmiş, yoxsa sütun dağıldıqdan sonra olduğu yerdə qalmışdır.

Bu iki sütun barabanı 1988-ci ildə Baxşəliyev tərəfindən tapılan digər üç barabanla birlikdə olduqca qeyri adidir və onların yan tərəflərində bir-birinin əksində yerləşən iki çıxıntısı var. Onlar öz çıxıntılarına görə yunan və əhəməni nümunələrinə bənzəyir, lakin belə görünür ki, burda sütunlar istifadə edildikləri kimi qalmış və dağıdılmamışlar. Digər barabanlarda olduğu kimi onların da altı və üst tərəfi hamarlanmışdır, barabanların görünən tərəfləri isə, əgər nəzərə alsaq ki, onlar dağıdılmamışdır, olduqca kobud işlənmişdir. B kvadratında aşkar olunan barabanın xarici səthində zəif seçilən ağ rəngli suvaq olmuşdur. Biz ehtimal edirik ki, qalın suvaq təbəqəsi, yaxud kərpic və plitələrdən ibarət digər örtük sütunun səthinə düzgün effekt vermək üçün çıxıntıları örtmüşdür. Ola bilsin ki, çıxıntılar sütunlar yığıldıqdan sonra xarici səthin örtüyünün daha yaxşı olması üçün qoyulmuşdur. Biz bu qeyri-adi sütun barabanlarının yaxın parallellərini tapa bilmirik. Qazıntıdan bu cür çıxıntıları olan, lakin kənarları düzgün işlənmiş sütun başlığı (kapitel) da aşkar olunmuşdur (şəkil 8). Bu sütun başlığını həcmcə kiçik olması göstərir ki, əgər sütunlar yuxarıya doğru ensizləşməsə idi, onu həmin sütunlarn başlığına yerləşdirmək olmazdı.

Daş sütun başlığı, postamentlər, barabanlar 1988 və 2008-ci ilin qazıntılarında, ehtimal ki, ikinci konteksdə aşkar olunmuşlar, onların hamısı sübhəsiz ki, monumental kompleks binaya aiddir, bununla belə biz bu binanın xarakteri, xronologiyası və mədəni konteksti ilə bağlı heç bir əlamət tapmadıq. Biz, ehtimal edirik ki, bu A, B və D rvadratlarının yuxarı təbəqəsindən (şəkil 9 və şəkil 10), həmçinin araşdırmalar zamani yaşayiş yerinin səthindən və C kvadratından tapılan keçmiş əhəməni keramikası ilə bağlı olmalıdır, amma bunu müəyyən etmək üçün aydın stratiqrafik ardıcıllıq yoxdur. Yəqin ki, gələcək araşdırmalar bu sütunlu monumental binanın tarixini və planını aydınlaşdırmağa imkan verəcəkdir.

A qazıntısıda Dəmir dövrü

A kvadratında sütun barabanın düşdüyü səviyyədən aşağıda eroziyaya uğrayan maili sətin üzərində bir neçə çuxur və ocaqlar aşkar olunmuşdur. Bu təbəqələr qərb divarına toxunur və ola bilsin ki, divar istifadədən çıxdıqdan sonra yığılmışdır. Maili səthin üzərində inşa edilən layların heç birini bu xüsusiyyətlərlə əlaqələndirmək mümkün olmamışdır. Böyük ocaqlardan birinin içərisində xeyli maddi qalıqlar, o cümlədən xörək bişirmək üçün hislənmiş çölmək, bütöv çölməklər və xeyli miqdarda heyvan sümükləri aşkar edilmişdir (şəkil 11). 2008-ci ilin qazıntı mövsümündə E divarı ilə bağlı olan dövrün səviyyəsinə çatmaq mümkün olmadı.

Bu təbəqənin keramika məmulatı bədii şəkildə işlənmiş böyük təsərrüfat küpələrinin parçalarından ibarətdir, onlar Bastam və Ayanisdən tapılan e.ə.VII əsrə aid qablarla bənzərdir (şəkil 12). Biz bu yaşayış yerində aşkar olunan «saray keramikası» ilə bağlı qırmızı rəngdə cilalanmış xeyli keramika parçaları aşkar etdik (şəkil 13). Qrupla yerləşdirilmiş dairələr və üçbucaq formalı fiqurla qravüra edilən küpə qulpu da Urartu dövrünə aid sitadellərlə bağlanır (şəkil 14).

D qazıntısında dərin şurf

Sitadelin tam stratiqrafiyasını almaq üçün köhnə və yeni qazıntılar arasında ölçüsü 2,5 X 2 m olan D şurfu qoyuldu. D qazıntısının kiçik sahəsində A kvadratında da rastlanan maili təbəqələri asanliqla müəyyən edib tədqiq etmək mümkün oldu. Hər təbəqə yuxarıdan başlayaraq azca şimaldan cənuba və kəskin şəkildə şərqdən qərbə doğru əyilirdi (şəkil 15). Onların hamısı qərb divarına toxunurdu və ehtimal ki, bu divar istifadədən çıxdıqdan sonra yığılmışdır. Bu təbəqələr kərpic arxitekturanın dağılmasından sonra meydana gələn uçqunlardan və yamacın divara doğru yuyulması nəticəsində meydana gəlmişdir.

Bu eroziya təbəqələri içərisində xeyli miqdarda təsərrüfat küpələrinin parçaları var idi. Onlar arasında bir oturacaq hissəsi və üzərində Urartu dövrünün mixi işarələrinə bənzəyən yazılı iki fraqment var idi. Bu maili təbəqələrdən və qərb divarının özülündən aşağıda gil və kərpic qarışıq dolğudan ibarət olan 70 sm qalınlığında platforma yerləşirdi (şəkil 16). Qərb divarı bu yastı torpaq səviyyəsinin üpərində yerləşirdi, ola bilsin ki, o, divarın, ya da bütövlükdə binanın özülü olmuşdur. Bu platformanın yuxarısında bir neçə qaya və bir iri bişmiş kərpic yerləşir, belə görünür ki, vaxtilə o, bu ərazinin döşəməsi olmuşdur, belə ki, buradan digər döşəmə aşkar edilməmişdir. Platforma ilə təpənin əsası arasında çay daşları və böyük qaya parçalarının töküldüyü iki metr qalınlığında gil dolğu var idi. Platformada toplanan kəskin meylli təbəqələrdəın fərqli olaraq, platformanın altında təbəqələr kiçik, ya da böyük laylarla təmsil olunmuş, yaxud maili dolğu xəttinin davamı olmuşdur. Böyük təsərrüfat küpələrinin parçaları tapılmaqda davam edirdi, ehtimal ki, onlar qərb divarının tikintisi zamanı səviyyənin düzəldilməsinin qalıqlarıdır. Biz ümid edirik ki, bu platforma, düzəldilmiş dolğular A qazıntısında gələcək mövsümdə aparılacaq tədqiqatlar zamanı ortaya çıxacaqdır.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5
Figure 6
Figure 7
Figure 8
Figure 9
Figure 10
Figure 11
Figure 12
Figure 13
Figure 14
Figure 15