3

Houses Area

d digər binaların qalıqlarıdır (Əhəmənilər dövrü). Bu binaılar birbaşa cənub bürcündən şimalda yerləşir (şəkil 1). 2008-ci ildə biz yaşayış yerinin keramika məmulatının və radiokarbon tarixlərin ardıcıllığını bərpa etmək məqsədi ilə 2,5 x 2,5 m sahədə (C qazıntısı) qazıntı aparmaq qəratına gəldik. Bu sahədə az miqdarda Orta əsr arxitekturası və keramıkasına rastlanmasına baxmayaraq biz Dəmir dövrünün böyük bir mərhələsinin ardıcıllığının bərpa ediməsini gözləyirdik Biz şurfu 4 m dərinliyədək tədqiq etdik. Bu dərinlikdə təhlükəsizlik üçün və vaxtın məhdud olmasından xam torpağa çatmadan qazıntını dayandırdıq. Beləliklə, C qazıntısı göstərdi ki, Qafqazın digər qala tipli yaşayış yerlərindən fərqli olaraq Oğlanqalada Dəmir dövrü yaxşı stratiqrafik ardıcıllığa malikdir.

Şəkil 1. Cənub bürcü

1-ci mərhələ: Qəbirlər

Son mərhələnin tədqi zamanı qəbir avadanlığı ilə zəngin olmayan, ehtimal ki, son yüzilliklərə aid olan dörd dağıdılmış qəbir aşkar edilmişdir. Onlardan biri, 1 №-li qəbir (şəkil 2) 10-15 sm uzunluğu olan dördkünc daşlarla qurulmuşdu. Onun içərisindən tunc üzük tapılmışdır (şəkil 3). Olduqca pis saxlanan və parçalanan 1 №-li qəbirdəki skelet müəyyən bir istiqamətə malik deyil, lakin qəbir daşları şərq-qərb istiqamətində yönəlmişdir. Digər qəbirlərdən, 3 №-li qəbir şimal hissədə iki böyük uzunsv və oval formalı daş təbəqəsinin altında aşkar olunmuşdur. Bu qəbirdə skelet qalıqları və bir muncuq tapılmışdır. Daha yaxşı saxlanan 4 №-li qəbir idi, o, daş qutuda aşkar olunmuşdur. Mərhumun üzü şimal-qərb istiqamətində idi, lakin skeletin ümumi istiqaməti qərbdən-şərqə yönəlmişdi. Bu skeletin yanında heç bir avadanlıq aşkar olunmamışdır.

2-ci mərhələ: Evlər

Müasir dövrün qəbirləri Dəmir dövrünün daş divarla müəyyən olunan sonuncu otağını dağıtmışdı. A divarı olduqca kobud işlənmiş, cənub-qərbdən şimal-şərqə yönələrək diaqonal boyunca kvadratı iki yerə ayırmışdı (şəkil 4). Bu divar 1 m hüdürlükdə saxlanmış, ona aid üç suvanmış kərpic aşkar olunmuşdur, onlar tərk edilməzdən əvvəl diqqətlə təmizlənmişdir. A divarının xaricindəki çınqıl tökülmüş sahə, ehtimal ki, daxili həyət olmuşdur. Daxili həyətdə Son Dəmir dövrünün keramika məmulatı, kül, zəngin botaniki qalıqlar aşkar olunmuşdur. Lakin A divarından aşağıda arxitektura qalıqları aşkar olunmamışdır, 1 m qalınlığındakı aşağıdakı təbəqələr müəyyən ocaqlar olan bir neçə laydan ibarət olmuşdur.

3-cü mərhələ: Müdafiə divarı

Qazıntılar zamanı son mərhələdə kiçik daş dolğusu olan lay, odan yuxarıda isə iri daş dolğusu olan lay aşkar olunmuşdur (şəkil 5). Qazıntı mövsümünün məhdudluğundan qazıntılar böyük qayalıq təbəqənin əsasınadək davam etdirilmədi, qazılan sahə bəzi yerlərdə 1 m dərinliyində, daşlar isə 30-50 sm enində idi. Son Dəmir dövrünün keramikası və kül layı bu daşlarla qarışmışdı. Belə mülahizə edilir ki, bu mərhələdə böyük müdafiə divarı olmuşdur. Divarın ölçüsü və uzunluğu kvadrat kiçik olduğu üşün aydınlaşdırılmamışdır, lakin bu daş laylar kvadratın bütün künclərındə özünü göstərir. Qazıntıların son mərhələsi deməyə imkan verir ki, qayalıq təbəqə bünövrənin qoyulması üçün olduqca əlverişli şərait yaratmışdır.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5