2

Middle-Iron Palace

2009-cu ilin qazıntıları sidatelin hüdudlarının böyük bir qisminin açılmasına yönəlmişdi. Saray dağın ən yüsək hissəsində yerləşirdi. Biz 1988-1989 və 2008-ci illərdə açılan qazıntı sahələrini genişləndirərək Orta Dəmir dövrü (Oğlanqala IIIb), Son Dəmir dövrü (Oğlanqala IIIa), Klassik dövr (Oğlanqaa II) və Müasir dövr (Oğlanqala I) ilə tarixlənən səviyyələri aşkar etdik. Qazıntıların ümumi həcmi1200 m2-dən (14 000 kv. fut) çoxdur.

Yerüstü araşdırmalar və sputnik tədqiqatlarının analizi göstərir ki, 1,2 ha sahəni əhatə edən möhkəmləndirilmiş sahə sarayın tərkibinə daxil olmuşdur (Şəkil 1). Bu saray iki müxtəlif binadan ibarət olmuşdur. Əsas saray şimalda yerləşərək 4000 m2 sahəni əhatə etmişdir. Araşdırmalar zamanı giriş adlandırdiğimiz cənub hissə ikinci monumental binaya aiddir və əsas sarayın cənub divarında olduğu kimi siklopik bloklardan inşa olunmuşdur.

IIIb Dövrü: Orta Dəmir dövrü

Ehtimal ki, e.ə. 8-ci yüzilliyin əvvəllərində saray tikilməmişdən əvvəl sidatelin ərazisi terraslanmışdır ki, sarayın tikilməsi üçün əlverişli düzəldilmiş sahə yaradılsın (Şəkil 2). Divarlar bilavasitə Qaratəpə dağından çıxarılmış mərmər daşından inşa edilmişdir. Qalanın orijinal divarları azacıq işlənmiş böyük daşlardan inşa edilmiş və arasına çay daşları qoyulmuşdur. Monumental daxili həyətin cənub və şimal divarlarının eni 2-2,5 m-dir.

Sarayda indiyədək aşkar edilmiş sahənin böyük hissəsi təkotaqlı böyük həyətdən ibarət olub 700 m2, yaxud 7, 500 kv. fut sahəni əhatə edir (Şəkil 3). Bu daxili həyət Qafqaz və Türkiyənin e.ə. 8-ci əsrə aid saraylarının həyəti ilə bənzərdir. Həcmcə buna bənzər sütunlu salon Ermənistanda Erebunidə və bundan bir qədər kiçik salon Türkiyədə Altıntəpədə aşkar olunmuşdur.

Oğlanqalanın sərt enişləri, iri daşlardan inşa olunmuş müdafiə arxitekturası və sarayı bu yaşayış yerinin müdafiə xarakterli olduğunu göstərir, güclü qüvvədən və hakimiyyətdən xəbər verir. Bu yaşayış yerinin e.ə. 8-ci əsrə aid materialı onun həmçinin inzibati və hərbi funksiyalarının olduğunu göstərir. Daxili həyətin betonlaşmış döşəməsində 15 dəmir ox ucluğu olan anbar (Şəkil 4), həmçinin standart formada hazırlanmış böyük təsərrüfat küpünün parçaları və onların bəzisində mixi yazılar aşkar olunmuşdur.

IIIA-II Dövrü: Son Dəmir dövrü

Biz Orta Dəmir dövrü sarayının nə zaman tərk edildiyini və bunun nə qədər çəkdiyini bilmirik, lakin aydındır ki, dördüncü yüzilliyin ortalarında kim isə burada köklü dəyişiklik etmək istəmişdir. Lakin Son Dəmir dövrünün sarayı başa çatmamışdır. 2009-cu ildə biz bu müəmmalı dövrə aid bir neçə mübahisəli məlumat əldə etdik. Oğlanqala sidatelində Sovet dövründə və amerikan-azərbaycan qazıntıları zamanı 29 sütun elementi aşkar olunmuşdur. Onlar üç sütun altlığı, bir kapitel, beş “postament” (yaxud ola bilsin ki, kvadrat bloklar) və iyirmi sütundan ibarətdir. Bu arxitektura elementlərinin heç biri “tamamlanmamışdır”. Sütunlarda hələ də qabarıq çıxıntılar, çox yerlərdə iskənə izləri qalmış, onların heç biri hamarlanıb cilalanmamışdır.

Sütunlar, xüsusilə sütun altlıqları bilavasitə imperiya mərkəzlərindən biri olan Suzda tapılmış sütun altlıqlarını xatırladır (Şəkil 5). Bununla belə, Əhəməni imperiyasının paytaxtından kənarda olan daş sütunlar olduqca müxtəlifdir. Lakin Əhəməni iperiyasının bir çox mərkəzlərində, o cümlədən Qafqazda sütunlu salonlar olmuşdur, amma bu sütunlar ağacdan və kərpicdən, onların əsası ısə daşdan olmuşdur. Sütunlarla bağlı olan müxtəlif gil qablar öz paralellərini İran və Ermənistandakı yaşayış yerlərinin Əhəməni dövründə, həmçinin Gürcüstan və Cənubi Rusiyanın yaşayış yerlərində tapır (Şəkil 6).

Çoxsaylı çalalar sarayın qalıqlarını kəsərək Orta və Son Dəmir dövrünün divarlarını dağıdır. Bu böyük çalalarda tez-tez xeyli miqdarda yandırılmış qoyun və iri mal sümüklərinə rastlanır. Onların çoxu Dəmir dövrünün sonu ilə Oğlanqala III a və II Dövrü ilə tarixlənir. Onların bəziləri başa çatmamış saraya aid fəhlələr tərəfindən doldurulmuş tullantı çuxurları ola bilər. Digərləri daha son dövrlə, Parfiya dövrü ilə tarixlənir. Biz sidateldə Parfiya arxitekturası aşkar etmədik, lakin belə binalar yaşayış yerinin digər yerlərində var. E.ə.I minilliyin sonunda Oğlanqala hakimləri ya burada ziyafət vermiş, ya da tərk edilmiş yaşayış yeri heyvan qalıqlarının yığını ilə dolmuşdur.

I Dövr: I DM

Biz sidateldə müvəqqəti tikintilər, qəbirlər və çox sayda tullantı çuxurları aşkar etdik. Onların hamısı 1919-1920-ci illərlə, I DM zamanı Qafqaz cəbhəsində döyüşlərin başa çatması dövrü ilə tarixlənir. Yaşayış yerinin böyük bir hissəsini əhatə edən daş bünövrəli dairəvi tikintilər ehtimal ki, müvəqqəti istehkamların, yaxud çadırların bünövrəsi olmuşdur (Şəkil 7). Biz farfor, stəkan, təsərrüfat küpləri, düymələr və s. ilə yanaşı həmçinin silah qalıqları da aşkar etdik (Şəkil 8). Belə görünür ki, I DM sonunda Oğlanqalada düşərgə salan əhali vadinin hər iki kəndində evlərini tərk edən sakinlərdən və müqavimət hərəkatının üzvlərindən ibarət olmuşdur.

Figure 1
Figure 2
Figure 3
Figure 5
Figure 6
Figure 7
Figure 8