2

Middle-Iron Houses

2009-cu ildə 250 m2 sahəsi olan ikinci qazıntı yaşayış yerinin cənub-şərq kvadratlarında qoyuldu. 2008-ci ilin qazıntıları zamanı I Dövr (müasir dövr) haqqında olduqca az məlumat əldə edilmişdi. Buradakı gil qablar və arxitektura qalıqları göstərirdi ki, Orta Dəmir dövrünün qalıntıları yer səthinə yaxındır. Digər tərəfdən araşdırmalar zamanı həqiqətən Orta Dəmir dövrü binalarına aid kiçik daş divarlar, Oğlanqala II, IIIa və IIIb dövrünə aid xeyli keramika, dəmir mismarlar və muncuqlar da daxil olmaqla kiçik tapıntılar əldə edildi.

2009-cu ilin qazıntıları zamanı kiçik iki otaqlı tikinti və xırda daşlarla dolmuş böyük həyət aşkar olunmuşdur. Ehtimal ki, bu həyət e.ə. 8-ci əsrdə Oğlanqalada kişilərin və qadınların boş vaxtlarını keçirdiyi bir sahə olmuşdur. Bu iki tikinti yarımqazma tipli olmuşdur, onların döşəməsi dağın yamacında elə qazılmışdır ki, evin döşəməsi yerin səthindən 30 sm aşağıda qalır. Bu tip yarımqazmaların arxeoloji və etnoqrafik paralelləri Cənubi Qafqaz və Şərqi Anadoludan məlumdur.

Ola bilsin ki, bu iki tikinti iki müxtəlif məqsədə xidmət etmişdir. Şimalda olan ikiotaqlı tikinti, DA051 kvadratında olan tikinti 1-in divarları iki sıra qaba daşlardan tikilmiş və 24 m2 (258 kv. fut) sahəni əhatə etmişdir (Şəkil 1). Burada yalnız bir cərgə daş saxlanmış və möhkəmləndirilmiş döşəmə aşkar ediməmişdir. Lakin tikinti 1 kiçikdir, ehtimal ki, heç vaxt yaşayış evi olmamışdır, bunula belə bir neçə heyvanın sığınacağı ola bilərdi. Digər tərəfdən tikinti 2, ehtimal ki, ev olmuşdur (Şəkil 2). Tikinti 1-dən fərqli olaraq o, tamamilə qazılmamışdır, ehtimal ki, qərbə doğru davam etmişdir. Tikinti 2-nin qazılmış hissəsi 34.6m2-dir (372 kv. fut). Dağın yamacında tikilmiş tikinti 2, maili döşəməyə və yuxarı qalxmış N-S divarına malikdir. Evin üç divarı yaxşı qalmışdır. Eyni zamanda cənub divarın böyük qismi aşınma zamanı dağılmışdır. Bununla belə biz nə zamansa bu divara aid olan bir neçə daşı müəyyən edə bildik. Şimal-cənub istiqamətində divar beş cərgə yüksəkliyində, qərb və şərqdə isə iki cərgə hündürlüyündə qalmışdı. Evin döşəməsi şox bərk və döyəclənmiş torpaqdan düzəldilmişdi. Ocaq cənubdakı otağın ortasında idi, bu otağın cənub-qərb küncündə kiçik iş sahəsi, küpə paçaları və keçinin çənə sümüyü tapılmışdır. Lakin tikinti 2 tərk edilməmişdən əvvəl yaxşı təmizlənmişdir. Bu otağın döşəməsindən, həmçinin onun şərqində yer səthindən aşkar olunan keramika Orta Dəmir dövrünə aiddir.

Əgər tikinti 1 heyvan ağılıdırsa, bu tikintilər dəyişkən təbiətlə birlikdə Oğlanqalanın bu hissəsində məskunlaşanların daimi fermerlər deyil, mövsümi maldarlar olduğunu göstərir. Bu sahədən tapılan heyvan sümüklərinin analizi yenicə başlanmışdır. Lakin Hаnnаh Lau qoyun və keçi sümüklərinin çoxluğunu müşahidə etmişdir. Bu maldalığın Oğlanqalanın fəaliyyətində əsas yer tutası haqqında nəzəriyyəni dəstəkləyir.

Figure 1
Figure 2
Figure 3