4

The Kurgan

20011-ci il mövsümündə bizim əsas məqsədimiz Oğlanqaladan 100 m şimal-qərbdə yerləşən kiçik təpəni qazmaqdan ibarət idi (şəkil. 2). Təpə ətraf ərazidən təqribən 2 m hündürlükdə yerləşirdi, onun diametri 65 m idi. 2008-2009-cu illərdə aparılan qazıntılar zamanı biz Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika məmulatı və bir quş fiquru aşkar etmişdik, onlar Azərbaycanın digər abidələrindən aşkar olunan materiallarla oxşar idi və Erkən Dəmir dövrünə aid idi1. Nəticədə biz belə bir fikrə gəldik ki, ehtimal ki, bu təpə ya kurqan, ya da qəbirlər olan təpədir. Biz bu təpənin qazılması ilə xüsusilə maraqlanırdıq, çünki o qalanın tikilməsinin ilk dövrü ilə tarixlənirdi (Oğlanqala V). Burada dəfn edilənlər haqqinda məlumat əldə etməklə biz Oğlanqalanın kimlər tərəfindən tikildiyini, nə üçün bu qədər böyük tikintinin aparılması haqqında məlumat əldə edə bilərdik. Qazıntı zamanı diametri 3 m olan böyük bir kromlex aşkar etdik. O, Qafqazın digər yerlərindən aşkar olunmuş analoji abidələri xatırladırdı (şəkil. 3). Bu kromlexin qazıntısı zamanı V Dövrə aid olan keramika parçaları və dörd quş fiquru aşkar olundu. Onların paraleləri Naxçıvanın digər abidələrindən də məlum idi. Bəzi yerlərdə qazıntı 2, 5 m dərinliyədək tədqiq edilsə də heç bir skelet qalığı aşkar edilmədi.

Figure 2
Figure 3