3

2008 Season

2008-ci ildə Nахçıvаn Аrхеоlоji prоyектi Nахçıvаndа Dəмir дövrü ərzində iqtisadi və siyasi imperializmi və onun yerli cəmiyyətlərə təsirini tədqiq etmək üçün Аzərbаycаnın Оğлангала yашаyış yеrində qаzıntı və кəşfiyyаt хаrакtеrli tədqiqatların ilk mövsümünə başladı (təqribən e.ə.500-330-cu illər, Şəkil 1). Oglanqala ehtimal ki, Erkən və Orta Dəmir dövründə yerli dövlətin mərkəzi olmuş, sonra isə Əhəməni imperiyasının şimal ərazilərinin tərkibində birləşmişdir.

İmperiyanın arxeologiyası

Alimlər Əhəməni imperiyasını qədim Yaxın Şərq imperializminin ən yüksək zirvəsi, Selevkidlər, Roma, Sasanilər, Fars və Abbasilər xilafəti kimi conrakı Yaxın Şərq və Aralıq Dənizi imperiyalarının modeli hesab edirlər (Şəkil 2). Qədim imperializmin müəyyən edilməsində Əhəməni imperiyasının mühüm əhəmiyyətinə baxmayaraq, bu imperiyanın arxeologiyası İranın qərb mərkəzindən kənarda kifayət qədər öyrənilməmişdir. Son vaxtlara qədər arxeoloqlar bu imperiyanın ərazisindən müəyyən əhəməni materialları tapmış və onun mövcud olması qənaətinə gəlmişlər. Son iyirmi il ərzində İran, Anadolu, Qafqaz və Orta Asiyada aparılan qapzıntılar yeni tapıntılar vermiş, imperiyanın sərhədlərini və onun mövcudluğunu təsdiq etmişdir. Lakin bu imperiyanın təbiəti, onun ətraf ərazilərə təsiri hələlik öz təhlilini gözləyir. Əhəmənilərin imperiya mərkəzləri yerli əhali ilə necə qarşılıqlı əlaqə yaratmışlar? İmperializm dövründə təbii sərvətlərin istehsalı və istehlakında hansı dəyişikliklər olmuşdur? Yerli elita yeni imperiyanın strukturu ilə necə razılaşmışdır?

Keçən üç il ərzində tədqiqatçılar imperiyanın yerlilərlə qarşılıqlı əlaqəsinin dörd modelini nəzərdən keçirərək Əhəməni imperializminin Oğlanqalaqa təsirini aydınlaşdırmağa çalışır. Biz Əhəməni dövrü və ondan əvvəlki təbəqələri qazmaq, həmçinin müxtəlif metodlardan, o cümlədən geofiziki araşdırmalar, tədqiqatların nəticələrinin sputnik analizi, yerüstü materialların təhlili, arxeobotaniki, zooarxeoloji, torpağın mikromorfologiyası, keramika analizləri və 3D GIS üsulundan istifadə etməklə imperializmin Oğlanqalaya təsirini aydınlaşlırmağa çalışırıq. Tədqiqatlar nəticəsində imperializmin bu ərazilərdə, bu əyalət mərkəzində hancı yeniliklər etdiyi aydınlaşdırılacak, imperializmin keramika və kənd təsərrüfatı istehsalına, istehlak və bölgüyə nəzarəti analiz edilərək həmçinin imperializmin Oğlanqalaya mədəni və iqtisadi təsiri müəyyən ediləcək. Qazıntılardan və tədqiqatlardan əldə edilən nəticələr tədqiqatçılara kömək etmək, onların öz tədqiqatlarını elmi əsaslarda qurmaq və yerli ərazi ilə siyasi hakimiyyət arasındakı münasibənləri, bu miqyasda iqtisadi istehsalı geniş şəkildə başa düşmək üçün 3D GIS-ə daxil ediləcək.

Yaşayış yerinin araşdırılması

2008-ci il mövsümündə bizim qarşımızda duran əsas vəzifə kəşfiyyat xarakterli tədqiqatlarla əhalinin məskunlaşmasının mahiyyətini aydınlaşdırmaqdan ibarət idi. Robert Bryant (GSU) tam stansiyadan istifadə etməklə Qaratəpənin topoqrafik xəritəsini hazırlayarak indiyədək qalmış arxitektura qalıqlarının yerini orada göstərdi (Şəkil 3). Bu məlumat o vaxt Oğlanqala yaşayış yerinin GIS-nə daxil edilmiş və yerüstü materialların tədqiqi nəticəsində əldə edilən məlumatla birləidirilmişdi. Nəticədə biz belə bir fikrə gələ bilərik ki, Oğlanqala Erkən Dəmir dövründən başlayaraq Orta əsrlərədək intensiv məskunlaşmış və yaşayış yeri kimi istifadə olunmuşdur. 2009-сu ildə biz geofiziki araşdırmaların nəticələrindən istifadə etməklə Oğlanqalada saxlanmış yerüstü qalıntılar haqqında daha çox informasiya əldə etməyi düşünürük.

Oğlanqala sitadeli

Bizim qarşımızda duran ikinci vəzifə yaşayış yerindəki siyasi hakimiyyətin təbiətini aydınlaşdırmaqdan ibarət idi. Qədim sitadel – saray binası, yaiayış yerinin mərkəzində olan inzibatı bina təpənin şimal hissəsində yerləşmişdi. Onun ölçüsü 50x90 m-dir (Şəkil 4). 1988-1989-cu illərdə Vəli Baxşəliyev sitadelin ərazisində 280 m2 sahədə qazıntı apararaq Əhəmənilər və Dəmir dövrünün əvvəlki mərhələsinə aid sarayın bir qismini açmışdır. Bu qazıntılar dörd təbəqənin olduğunu göstərmişdir. Arxitektura qalıqları olmayan ilk keçici məskunlaşma Ellinistik dövrə aiddir (təqribən e.ə. III-I əsrlər). Möhkəmləndirilmiş sarayın iki dövrü, ehtimal ki, Əhəmənilər dövrünə və yaşayış yerinin ən qədim dövrünə - Orta Dəmir dövrünə aiddir (Бахшалиeв 1994).

2008-сi idə biz sitadelə qayıdaraq bu sahədə tikinti tarixini daha yaxşı anlamaq üçün üç qazıntı sahəsi( A, B və D sahələri) açdıq (Şəkil 5).

Biz bir neçə daş sütun parçası aşkar etdik və ehtimal etdik ki, ola bilsin bu böyük sütunlu salon Əhəmənilər dövrünə aiddir. Lakin üç saxsı parçası üzərində saxlanan, yaşayış yerinin Orta Dəmir dövrünün ikinci mərhələsinə aid olan mixi yazılar İran Azərbaycanında Bastam, Türkiyənin Şərqindəki Ayanis qalasından aşkar olan yazılarla oxşardır (Şəkil 6).

Əhəməni evləri

2008-ci ildə bizim son məqsədimiz bu inzibati mərkəzlə yaşayış yerinin digər hissəsinin münasibətini aydınlaşdırmaqdan ibarət idi. Gil qab parçalarının sıxlığı və sitadeldən cənubda və şərqdə çoxlu kiçik divarların varlığı yaşayış yerinin bu hissəsində xüsusi binaların olduğunu ehtimal etməyə imkan verir. Biz yaşayış yerinin lap cənub hissəsində 2.5x2.5 м ölçüdə şurf qoyduq (Şəkil 7). Bu dərin qazıntı Son Dəmir dövrünün müxtəlif rüblərində məskunlaşdırılmış ərazini tədqiq etməyə imkan verdi. Dərinliyi 4 m olan C şurfu, sidatelin 5 m dərinliyində olan D şurfu kimi bizə ardıcıl stratiqrafiya, radiokarbon tarix və onlarla bağlı keramika vermişdir ki, bunlar yaşayış yerində sonrakı araşdırmaların əsası ola bilər.

2009-cu ildə biz Oğlanqalaya qayıdaraq sitadeldə və yaşayış yerinin cənub-qərbində yerləşən “əhəməni evlərində” geniş qazıntı işlərinə başladıq. Tədqiqat qrupu həmçinin Oğlanqalanın ətrafını tədqiq edərək bu yaşayış yeri və onun geniş siyasi əhatəsi ilə münasibətləri müəyyən etməyə çalişir (Şəkil 8). Biz Oğlanqalanın şimalında Arpaçay boyu dörd qala yaşayış yerini və onlarla bağlı yaşayış yerinin içərisindən keçən qala divarlarını xəritələşdirdik

Əlavə olaraq qeyd etmək olar ki, bizim qazıntılarımıza və tədqiqatlarımıza (NAP) arxeobotaniki, zooarxeoloji araşdırmalardan, torpağın mikromorfologiyasından istifadə etmək, bu bölgədə istehsal və istehlak arasındakı münasibətləri başa düşmək üçün bir çox tədqiqatçılar qoşula bilər.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5
Figure 6
Figure 7
Figure 8