0

Naxçivan Archaeological Project

Arxeoloji qazıntıların və tədqiqatların ilk birgə amerikan-azərbaycan proqramı Naxçıvan Arxeoloji Proyektinə xoş gəldiniz. 2006-cı ildən Lauren Ristvet (Pensilvaniya Ştatının Universiteti), Vəli Baxşəliyev (Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan) və Səfər Aşurov (Azərbaycan Milli Elmlər Akademiyası, Bakı) digər məsləkdaşları və tələbələri ilə birlikdə bu əsrarəngsiz diyarın qədim tarixini tədqiq edirlər. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşmüş, cənub və qərbdə İran və Türkiyə ilə (Araz çayı sərhəddir), şimal və şərqdə isə Ervənistanla sərhəddir. Vilayətin ərazisinin ümumi sahəsi 5,500 kv2 –dir (2090 kvadrat mil), bu təqribən Delaver ştatının həcminə bərabərdir. Naxçıvanın Mesopotamiyanın şimal-şərqində əlverişli mövqedə yerləşməsi köçəri cəmiyyətlər, yerli kənd icmaları və xarici imperiyalar (xüsusilə Urartu və Əhəməni imperiyası) ilə əlaqələri öyrənməyə imkan verir. Biz həmçinin Qafqazdakı siyasi qurumların xarakteri, Mesopotamiyanın, İranın və Levantın siyasi trayektoriyalarından məlum olan mühüm məntəqələrin tədqiqi ilə maraqlanırıq. Burada Siz 2006-cı ilin arxeoloji kəşfiyyatları, 2-cı Kültəpə və 1-ci Maxta Kültəpəsinin Erkən Tunc(Kür-Araz) təbəqəsində aparılan yoxlama qazıntısı, Dəmir dövrünə aid Oğlanqala yaşayış yerində 2008-ci ildə aparılan qazıntılar haqqında məlumat əldə edə bilərsiniz. Məlumatlar Azərbaycan, İngilis və Rus dillərində yerləşdirilmişdir və Siz bizim Naxçıvanda apardığımız geniş araşdırmalarla tanış olaraq öz fikrinizi söyləyə bilərsiniz.