3

Survey

2006-cı ilin iyul ayında biz bütün Naxçıvanda və Şərur rayonunda arxeoloji kəşfiyyat işləri aparan Vəli Baxşəliyevə qoşulduq. Biz əsas diqqəti Arazın əsas qollarından biri olan Arpaçay vadisini və Arpaçayın qolu Qabaxlıçay vadisini tədqiq etməyə yönəltdik. Planlaşdırdığımızın əksinə olaraq vaxtın azlığını nəzərə alaraq biz geniş araşdırma aparmaq imkanına malik deyildik. Lakin Naxçıvan üçün kəşfiyyat xarakterli nəşrlərin azlıgını nəzərə alaraq 2007 və 2008-ci ilin yayında daha geniş və intensiv iş aparmaq fikrindəyik. Buna baxmayaraq biz məlum olan bütün abidələri araşdıraraq material topladıq və yerli əhalinin məlumatlarından istifadə edərək II Qızqalası(2) kimi yeni abidələri müəyyən etdik. Məlum olan abidələri araşdıraraq biz keramika məmulatı və daş alətlər əldə etdik. Biz mütəhərrik GPS qəbuledicisindən istifadə edərək tədqiq edilən bütün abidələrin perimetrini qeyd etdik. Tədqiqat zamanı əldə edilən materialların araşdırılması davam edir. Lakin tərtib edilən xəritələr 7000 il ərzində Eneolit dövründən Orta əsrlərədək yaşayış olan abidələr haqqıda o qədər də dəqiq məlumat vermir.

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5
Figure 6
Figure 7