4

The Citadel

2011-ci il mövsümündə bizim üçüncü məqsədimiz sitadeldə qazıntılar aparmaq idi. Ərazisi 1,2 ha olan bu ərazidə, ehtimal ki, iki mühüm bina olmuş və e.ə. 800-250 –ci illərdə və Oğlanqala III və IV dövrlərində mühüm inzibati əhəmiyyətə malik olmuşdur. Sitadelin əsas binası şimal tərəfdə yerləşir və təqribən 4700 m2 sahəni əhatə edir. Burada Sovet dövründə, 1988-1989-cu illərdə və bizim 2008-2011-ci illərdə apardığımız araşdırmalar zamanı binanın 1800 m2 sahəni əhatən edən hissəsi açılmışdır (şəkil. 11). 2011-ci ildə biz əsası 2010-cu ildə qoyulan və hər biri 10 Х 10 m2 sahəni əhatə edən daha iki kvadratda qazıntı apardıq.

Radiokarbon analizlər göstərir ki, sitadel, əvvəlcə, təqribən e.ə. 800-cü ildə Oğlanqala IV dövründə tikilmişdir, bu bürclərin və müdafiə istehkamlarının yaradılması ilə üst-üstə düşür1. İstehkamların inşasında istifadə edilən tikinti üsulları həmçinin sitadeldə iatifadə olunmuşdur. Tikintidə istifadə olunan əhəngdaşı blokların ölçüləri 35 və 90 sm2 – dir. Bu divarların əksəriyyəti əvvəlkilər kimi ya ana qaya üzərində tikilərək gillə düzəldilmiş, yaxud kərpic tikinti ilə tamamlanmışdır. Lakin bu divarlar demək olar ki, dağılmışdır. Müdafiə istehkamlarında olduğu kimi, sitadeldə də bərkidici inşaat materialı kimi daş ovuğu, yaxud çınqıldan istifadə edilmişdir. Onların eni 1, 7 - 2, 5 m arasında idi. Oğlanqalanın IV Dövrünə aid binaları ölçüləri 33 X 34 m, yaxud 1122 m2 olan böyük daxili həyətin ətrafında inşa olunmuşdur. Bu demək olar ki, Türkiyədəki Altıntəpə2 məbədini əhatə edən daxili həyətlə eyni ölçüdədir. Daxili həyət, ehtimal ki, sitadeldə ən mühüm ictimai yerlərdən biri olmuşdur. Onun hədsiz dərəcədə böyük ölçüsü qala hökmdarının güclü siyasi hakimiyyətini göstərir. Daxili həyətdən şərqə doğru bir neçə uzunsov, ensiz binalar aşkar edilmişdi. Bu hissədə qaya hündür olduğundan biz yalnız onların təməlini aşkara çıxara bildik və onların funksiyası ilə bağlı kifayət qədər dəlil yoxdur. Ehtimal ki, onlar anbar, yaxud sarayın ofisləri kimi istifadə edilmişdir. Binanın cənub-şərq tərəfində bir kvadrat blok var idi, ola bilsin ki, cənub-qərbdə izlənən dairəvi formalı bürcün qalığı olsun.

Biz daxili həyətdə IV Dövrə aid, qalanın inzibati funksiyaları ilə bağlı olan böyük küplərin qalığına və Azərbaycanda ən qədim mixi yazı olan keramika üzərindəki kitabələrə rast gəldik. Lakin heç bir təsərrüfat küpü bütövlükdə aşkar edilmədi. Təsərrüfat küplərinin parçaları bədii cəhətdən olduqca yüksək səviyyəli hazırlanmışdı. Üzərində mixi yazı olan parçalar isə demək olar ki, bu sahənin bütün kontekstlərindən aşkar olunurdu. Küplərin üzərindəki fraqment halındakı yazılar, şübhəsiz ki, onların tutumunu göstərirdi. Biz rəqəmlərə aid a-q [ar] və ru kimi bəzi işarələri bərpa edə bildik, ehtimal ki, onlar aqarqi и terusi işarələrini və həcm ölçüsünü bildirmişdir3.

Biz 2011-ci il mövsümündə öz işlərimizi başlıca olaraq binanın şərq tərəfində cəmləşdirdik. 2010-cu ilin qazıntıları zamanı şərqdə sitadelin IV Dövrə aid istehkamları aşkar olunmuşdu. Burada müəyyən ara verilməklə divarlar qərbə doğru yönəlmişdi. Bu divarlar arasındakı məsafə qeyri-müntəzəm olub şərqə doğru 6,5 m – dən 7,5 m – dək genişlənirdi. Ehtimal ki, bu tikinti sitadelə daxil olan əsas girişin qalığıdır. Bu sahənin qərb qurtaracağı III Dövrə aid W-S divarları ilə məhdudlaşdırılmış, bu divar ehtimal edilən girişi qapatmışdır. Biz burada qazıntı qoyduq ki, istehkamla saray divarları arasındakı münasibəti aydınlaşdıraq. W-S divarından altda biz daha əvvəlki dövrə aid divar qalıqları aşkar etdik, burda yaxşı düzülmüş daş hörgü üzərində bərpa işləri aparılmışdı (şəkil. 12). Lakin W-S divarlarının əksəriyyəti kobud işlənmiş standart əhəngdaşı bloklarından inşa edilmişdir. Bu tip tikinti texnikası istehkamın və sitadelin inşasında izlənmişdir. Bu divarda da ustalıqla yonulmuş yeddi daş blok var idi, onların ikisi standartlaşdırılmış formada olub 90 Х 60 sm и 45 Х 60 sm ölçüdə idi. W-S divarı W-A divarına doğru dönürdü və hər iki divarın cənub küncü kvadrat formalı əhəngdaşı bloklarından işlənmişdi. Bu tip daş bloklar Bastam, Torpakqala, Çavuştəpə, Ayanis4 daxil olmaqla Türkiyə ərazisindəki Urartu yaşayış yerlərində və Şimal-Qərbi İranda aşkar edilmişdir. Bastam və Çavuştəpədə bu tip yonulmuş bloklar divarın kənarlarına qoyulmuş, lakin içəridə isə olar kobud bloklarla təmsil edilmişdir. Bu tip bloklar Oğlanqalada olduğu kimi inzibati binanın təməlinin inşasında istifadə edilmişdir. Torpaqqalada belə bloklardan inşa edilmiş platforma üzərində Xaldinin məbədi inşa olunmuşdur5. Ayanisdə bu tip texnika sitadelin cənub istehkamlarının təməlinin inşasında istifadə edilmişdir6. Bu yaşayış yerlərinin hamısı 7-ci əsrdə inşa edilmiş və Erzen bu tikinti texnikasını həmin dövrə aid etmişdir7. Ehtimal ki, Oğlanqalada bu bloklar 7-ci əsrdə (yaxud sonra) bu küncü gücləndirmək üçün sitadelin təmiri və bərpası zamanı haradansa götürülmüşdür. Bu divar ya əsas binaya giriş üçün platforma rolunu oynamış, ya da çoxdan dağılmış qapı divarlarının tikintisi ilə bağlı olmuşdur. İlkin araşdırmalar göstərir ki, şimal qapısı üçün bura olduqca əlverişli olmuşdur, lakin W-S divarının qazıntıları bu girişin ölçülərini müəyyən etməyə imkan vermir. Bu sahədə IV Dövr sarayının planını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.

Oğlanqalanın sitadeli, böyük ehtimalla, 7-ci əsrdən sonra qısa müddət ərzində tərk edilmişdir. Bizim əlimizdə olan dəlillər e. ə. 400-250 –ci illərdə sitadelin yenidən məskunlaşdırıldığını, III Dövr arxitektorlarının saray binasını bərpa etmək istədiyini göstərir. III Dövrün sarayı həmin ərazini əhatə edirdi və əvvəlki dövrlərdəki strukturların düzəldiməsi ilə inşa edilmişdi. Onun düzgün formada inşa edilmiş bəzi divarları IV Dövr arxitekturasını bərpa etmişdi, lakin daxili həyətin şimal, cənub və şərq divarları (W-A, W-C и W-E) III Dövrdə yenidən istifadə olunmuş, yaxud yenidən inşa edilmişdi. Ümumiyyətlə, III Dövr sarayının binaları çoxsaylı və kiçik həcmlidir. III Dövrün daş hörgüləri özündən əvvəlki IV Dövrdəkindən daha az möhtəşəmdir. III Dövr divarlarının bənnaları gil məhlulu ilə bərkidilmiş, kiçik yonulmamış daşlardan istifadə etmişlər. Divarların düzəldilməsi üçün kiçik daşlardan daha istifadə edilməmişdir və divarlar IV Dövrdəkilərə nisbətən ensizdir. Onların eni 1 və 2 metrlər arasında dəyişir, tikintinin əksər hissələrində isə 1 metrdir. Stratiqrafik dəlillər göstərir ki, III Dövr arxitektorları inşaat apararkən IV Dövrə aid maddi qalıqları dağıtmışlar. Onlar IV Dövr bənnalarının inşa etdiyi sahəni doldurmuş və III Dövrün kərpic teretuarları birbaşa ana qaya üzərində deyil torpağın üzərində inşa olunmuşdur. Lakin daş hörgülər öz sələfləri kimi möhtəşəm deyildilər və əlimizdə olan faktlar onların tamamlanmış hissələrinin çox gözəl görünüşə malik olduğunu təsdiq edir. Bu binanın müxtəlif yerlərində, xüsusilə III Dövrün W-A və W-E hissələrində yonulmuş daşlardan istifadə olunmanın əlamətləri qalmışdır. Bu yonulmuş daşlar əvəlki dövrdə olduğu kimi Qaratəpə dağının əsasını təşkil edən və arxitekturada geniş istifadə edilən mərmərləşmiş əhəngdaşından deyil, tuflaşmış əhəngdaşından və qum daşından hazırlanmışdır.

Bu binanın ən böyük qismi əvvəlki daxili həyətin yerində yerləşən iri otaqdan ibarətdir. III Dövrə aid bu otaq IV dövrdəki bənzərinə nisbətən daha kiçik olub ölçüsü 27 Х 33 m-dir. Bəzi faktlar, xüsusilə bu otağın şimal tərəfində cəmləşən 29 ədəddən ibarət tikinti materialı göstərir ki, III Dövrün arxitektorları əvvəlki daxili həyətin yerində sütunlu salon tikməyi planlaşdırmışdılar. Bu faktlar sütun barabanları, sütun altlıqları, kapitel və kvadratşəkilli postamentlərdən ibarətdir. Bu tkinti materiallarının heç biri sonadək işlənib tamamlanmamışdır. Qaldırılabilən sütun barabanlarının heç biri tam işlənməmiş, son istifadə üçün cilanmamış və bədii formaya salınmamışdır. Bu sahədə aşkar edilən sütun altlıqları və sütun barabanları, sahənin hər tərəfinə yayılsa da, Əhəməni apadanalarına bənzər həyətlərin yaradılması üçün kifayət deyil. Onların başa çatmamış formasını nəzərə alaraq demək olar ki, dövlət binanın böyük hissəsinin tikintisini başa çatdırmamışdır. Bunə görə də sütun altlıqları və barabanların bu geniş sahədə necə istifadə edildiyini söyləmək çətindir.

Sütunlu salonlar Yaxın Şərq abidələrindən yaxşı məlumdur. Şərqi Türkiyədə və Qafqazda bu tip bir neçə saray qazılıb aşkar edilmişdir. Oğlanqalanın salonu Altıntəpə və Erebuninin salonlarından kiçikdir, ehtimal ki, onlar satraplıq mərkəzi olmuşlar8. Lakin onların forması və həcmi bənzərdir. Oğlanqala sütunlarının birbaşa bənzərlərinin tapılmaması çətinlik törətsə də, onların başa çatmamış forması, xüsusilə zəng tipli sütun altlıqlarını Qaracəmilli, Sarıtəpə, Qumbati və Bencaminin9 qazıntıları zamanı aşkar edilmiş nümunələrlə müqayisə etmək olar. Sütunların digər elementləri, xüsusilə yonulmamış gövdə, hədsiz dərəcədə kiçik olan barabanlar öz yaxın bənzərlərini İran (Nahavənd) və Əfqanıstan (Yunan-Baktriya, Ay-Xenum) Selevkidlərinin 2-ci əsrə aid kontekstlərində tapır10. Postəhəməni kontekstlərini nəzərə alsaq, ehtimal ki, sütun barabanları bir-birinin üzərinə qoyulmuş və kapitellər onların üst qismini tamamlamışdır. Qazıntı zamanı digər elementlərin aşkar olunmaması Farsdan kənardakı Əhəməni mərkəzlərində, satraplıqların və inzibati əyalətlərin mərkəzində daş əsaslar üzərində ağac və kərpic kolonlardan istifadə edildiyini göstərir. III Dövrün təməlindən və sütunların altındakı kül laylarından götürülən kömürün radiokarbon analizi göstərir ki, bu tikintilərin ehtimal olunan tarixi e. ə. 4 – 3-cü əsrlərdir.

Radiokarbon tarixlər, sütunların və gil qabların paralelləri göstərir ki, bu binanın bərpası iki tarixi dövrdən birinə, ya Əhəməni imperiyasının son 50 ilinə, ya da post Əhəməni dövrünə, Selevkidlərin onların imperiyasını özlərinə birləşdirdiyi dövrə aiddir. Belə olduğu halda proyektin yarımçıq qalmasının səbəbi ya III Daranın ölümü və Əhəməni imperiyasının dağılması, ya da Makedoniyalı İsgəndərin imperiyasının süqutu ilə bağlı olmuşdur. İkincisi, bu, 4-cü əsrin sonunda imperiyanın dağılmasından sonrakı qarışıq onilliklərdə burada Midiya-Atropatena dövlətinin yaranması ilə bağlı ola bilər. Oğlanqala sitadelinin çoxsaylı özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bu binanın tikintisini ikinci dövrə aid etmək olar. Oğlanqala Kafqazda farsların birbaşa olduqları Qaracəmilli, Qumbati və Bencamindən əsaslı şəkildə fərqlənir. Oğlanqalada hakimiyyətin simvollarından biri kimi böyük sütunlu salon mövcuddur. O tamamilə yerli stildə inşa olunmuşdur. Onun tikilməsini sifariş edən şəxs yerli əhaliyə məxsus olmuş, Şərur düzənliyini və ola bilsin ki, daha böyük əraziləri öz hakimiyyəti altında birləşdirmək istəmişdir. Ola bilsin ki, onun hakimiyyəti uzun sürməmiş, buna görə də tikinti proyekti və ərazinin gözəl peyzajı tərk edilmişdir. Bu binada tapılan çoxsaylı ox ucluqları və sapand daşları bu dövrün güclü dağıntıya məruz qaldığını göstərir. Əhəməni imperiyası dağıldıqdan sonra onun Qafqazda güclü təsiri Qərbi Gürcüstanda Kolxidanın və Vanın qazıntılarından məlumdur. Ola bilsin ki, bənzər hadisə Oğlanqalada da olmuşdur11.

II Dövrə sitadelin tikintisi ilə bağlı əsas dəlillərdən biri də III Dövr sarayının xarabalıqlarında qazılmış 30-dan artıq çuxurdur. Onların qeyri-adi tapıntıları ziyafətlərin keçirilməsi və başqa ictimai hadisələrdən xəbər verərək göstərir ki, sarayın bu monumental binası tərk edildikdən təqribən yüz illər sonra bura Oğlanqala sakinlərinin gündəlik gəldikləri yerlərdən biri olmuşdur. Təpənin digər yerlərində aparılan geofiziki analizlər təqribən e. ə. 100 və bizim eranın 100-cü ilini göstərmişdir. Bu dövrdə Oğlanqala, ola bilsin, Strabonun12 Qafqazda Olane adı ilə xatırladığı möhkəmləndirilmiş şəhər olmuşdur. Maqnometrik analizlər yolların kənarında və döngələrdə çoxlu ikiotaqlı evlərin olduğunu göstərir. Boyük həcmli bu binaların biri ola bilsin ki, villa olmuşdur (şəkil. 13).

Figure 11
Figure 12
Figure 13