4

North & West Fortifications

2011-ci il mövsümündə bizim ikinci əsas məqsədimiz Oğlanqalanın şimal bürcü yaxınlığındakı istehkamları açmaqdan ibarət idi. 2010-cu ildə şimal-qərbdəki dairəvi bürcün şimal divarının təməlindən götürülən kömür analizi göstərdi ki, bu müdafiə istehkamları təqribən e. ə. 800-cü ildə inşa olunmuşdur. Bu şurfda tapılan beş ədəd keramika parçası, ehtimal ki, bu istehkamların tikildiyi dövrdən əvvələ aid idi. Bu o deməkdir ki, Oğlanqalanın istehkamları Urartu imperiyasının Türkiyədə möhkəmləndiyi (təqribən e. ə. 850-600-cü il), Qafqazda və Şimal-Qərbi İranda1 hərbi əməliyyatlar apardığı dövrdə tikilmişdir. Biz tapıntılardan daha çox müdafiə istehkamları ilə maraqlanırdıq. Oqlanqalanın mühəndisləri qalanı tikərkən Erkən Dəmir dövrü texnikasından, yoxsa öz nüfuzlu qonşuları olan urartuların tikinti texnikası və üsullarından istifadə etmişdilər? Urartu istehkamları fövqəladə dərəcədə standartlaşdırılmışdır, onlar müntəzəm möhkəmləndirmə, yonulmuş daşlardan ibarət və standart ölçülü kərpic tikinti ilə xarakterizə olunur2. Ehtimal ki, Urartu arxitektorları dövlətin daimiliyini təmin etmək üçün imperiya ərazisindəki bütün istehkamların tikintisini layihələşdirmişdilər.

Oğlanqalanın tədqiqi zamanı şimal istehkamların bu xüsusiyyəti 215 metrlik məsafədə izlənmişdi (şəkil. 4). Bizim araşdırmalarımız göstərdi ki, Oğlanqalanın istehkamları Dəmir dövrünün erkən mərhələsinin tikintilərini xatırladır. Lakin olabilsin ki, Urartunun bəzi xüsusiyyətləri də təqlid edilmişdir. Urartu divarlarının düz və dördkünc, topoqrafiyaya uymayan xüsusiyyətlərindən fərqli olaraq Oğlanqala istehkamları Qaratəpə dağının topoqrafiyasına uyğun olaraq inşa edilmişdir. Şimal divarlarının araşdırılması ciddi düşünülmüş, lakin bəzən qeyri-müntəzəm möhkəmləndirilmiş istehkamları ortaya çıxardı. Uzunluğu 7 m, eni 4 m olan divarın qərb tərəfinin təməli kifayət qədər davamlıdır. Onlar bir-birindən 15 m aralıda idi. Lakin şərqə doğru bu nümunə qırılır. Möhkəmləndirilmiş divarlar əvəzinə qeyri-müntəzəm işlənmiş divar ziqzaqları ortaya çıxır. Möhkəmləndirilmiş divarların Urartu arxitekturasının xüsusiyyəti olmasına baxmayaraq, onların bənzərləri Cənubi Qafqazın Dəmir dövrü arxitekturasından da mövcuddur. Beləliklə, hələlik məlum deyil ki, bu tikinti xüsusiyyəti öz qaynağını haradan götürmüşdür. Bu tip güclü künc divarları qonşuluqda olan Qızqala ilə bənzərdir. Böyük ehtimalla, Qızqala şimaldan yürüş edənlərdə Oğlanqalanın təsirini bağışlamalıydı. Oğlanqalanın şimal istehkamlarının özünəməxsusluğunu qeyd etməklə demək istəyirik ki, bu istehkamların bənzəri yaxınlıqdakı yerlərdən məlum deyil.

Şimal istehkamlar blok halına salınmış əhəngdaşı parçalarından inşa edilmiş, daş blokların arasındakı boşluqları doldurmaq və divarı düzəltmək üçün isə kiçik həcmli daşlardan istifadə edilmişdir (şəkil. 5). Divarın müxtəlif hissəsindəki daşlar səliqə ilə düzülmüş yonulmamış daşlardan ibarətdir. Lakin divarın bəzi hissələrində, xüsusilə ŞQ-C, ŞQ-N, ŞQ-O, və ŞQ-Z divarlarında əhəngdaşı parçalarının boyük hissəsi kvadrat və düzbucaqlı blok şəklində yonulmuşdur. Bu tip blokların ölçüsü 30 və 70 sm2 arasındadır. Digər hissələrdə isə, xüsusən ŞQ-U və ŞQ-V divarlarında bir qədər yonulmuş və yonulmamış daşlardan istifadə edilmişdir. Daşyonanlar IV Dövrdə, ümumiyyətlə, divarlara yaxşı yonulmuş küncləri olan daşlar qoymağın qayğısını çəkməmişlər, ehtimal ki, bu hissələr zəif olduğundan eroziyaya məruz qalmışdır. Divar boyunca istifadə olunan kiçik həcmli daşların da miqdarı dəyişmişdir. Bu müdafiə divarı ana qaya üzərində tikilmiş, bununla belə müxtəlif tikinti üsullarından istifadə edilmişdir. Ümumiyyətlə, divar inşa edilməzdən əvvəl təməldəki otlar yandırılmış və buna görədə birbaşa divarların altında tünd boz rəngli kül layı saxlanmışdır. Təməlin üzərindəki bitki örtüyünün yandırılması əhəngdaşının keyfiyyətini dəyişdirmiş və onların üzərində daş ovuğu və çatlaqlar qalmışdır. Bundan sonra bənnalar əhəngdaşı bloklarını təməlin üzərinə qoymaq və müxtəlif üsullardan istifadə etməklə səviyyəni düzəltməyə və düzgün səth almağa çalışmışlar. Biz divarların müxtəlif hissələrində fərqli düzəltmə üsulları ilə rastlaşırdıq. Əvvəlcə yaxşı qarışdırılmış möhkəm gil qatı divarların təməlinə qoyula bilərdi. Alternativ olaraq, bir neçə cərgə kərpic tikinti təbii təməli düzəltmək üçün istifadə edilirdi. Nəhayət əhəngdaşı parçalarından və çay daşlarından ibarət konkret məhlul qayanın üzərində düzgün təməl yaratmaq üçün istifadə edilirdi. Bəzən böyük blokların altı kiçik həcmli daşlarla düzəldilir, bəzən isə daş bloklar birbaşa qayanın üzərinə qoyulurdu. Urartu qalalarında olduğu kimi təməl üçün birbaşa qayanın düzəldilməsinə heç vaxt rastlanmamışdır. Urartularda pilləkən formasında yonulan qayalar birbaşa təməlin əsasını təşkil edirdi. Oğlanqalanın bu istehkamında müxtəlif tikinti üsullarının istifadə edilməsi qalanı inşa edən arxitektorlar və daşyonanlar haqqında müəyyən fikirlər deməyə imkan verir. Belə hesab edirik ki, qalanın müxtəlif hissələrinin tikilməsinə ayrıca şəxslər cavabdeh olmuş və tikintidə Urartu qalalarında olduğu kimi heç bir standartlaşdırmaya ehtiyac duyulmamışdır.

Şimal müdafiə divarlarının daş istehkamları bəzi yerlərdə 2 m yüksəkliyində saxlanmışdır. Lakin, ümumiyyətlə, onların hündürlüyü 1-1,5 m-dən aşağı olmuşdur. Əlavə olaraq bu istehkamların üzəri ölçüləri 40 X 40 X 20 sm olan kərpic tikinti ilə tamamlanmışdır (şəkil. 6). Onlar həm inşa olunmuş divarların hündürlüyünü yüksəltmiş, həm də divarlar üçün terras rolunu oynamışdır. Divarların daş fasadı arxadan çınqılla doldurulurdu. Kərpic tikintilər daş təməl üzərində inşa olunurdu. Oğlanqalanın şimal tərəfinin araşdırılması göstərir ki, bu hissə kərpic terraslardan ibarət olmuş, divarların möhkəmliyini artıran çınqıl daş divarlar kimi əsas tikinti materialı olmuş və belə hesab edirik ki, təqribən e.ə. 800-cü ildə tikilmişdir. Terraslanmış sahənin ölçüsü təqribən 78 X 164 m olmuşdur. Sitadelin xarici divarı ilə müdafiə divarı arasındakı yüksəklik 35 m olmuşdur. Bu 2, 42 ha olan sahənin terraslaşdırılmasına, karxana işlərinə, böyük əhəng blokları və milyonlarla kərpicin daşınmasına xeyli işçi qüvvəsi cəlb edilmişdir. Bu təqribən milyonlarla işçidən ibarət böyük işçi qüvvəsi tələb edirdi. Bu tikinti layihəsinin monumentallığı IV Dövr Oğlanqala liderlərinin böyük qüvvəsindən xəbər verir. Tikintinin möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir. Lakin hələ də məlum deyil ki, bu qalanı tikmək və qorumaq üçün işçi qüvvəsini necə əldə etmişlər.

Şimal müdafiə divarının yaxınlığında çay daşlarından inşa olunmuş bünövrəyə rastlanır. Belə ki, bu divar bilavasitə ana qayanın üzərində tikilmişdi. Xeyli möhkəm olan təmələ əlavə olaraq yaxşı qarışdırılmış gil tökülmüşdü. Diametri 12-18 sm olan yuvarlaq çay daşları bu gil səthin üzərində yan-yana düzülmüşdü. Bəzi hissələrdə çay daşları bir neçə düzgün cərgə əmələ gətirir, lakin bəzi hallarda olnar təsadüfi olaraq yerləşdirilmişdir. Çay daşından inşa olunmuş təməllə şimal divarın arasına, daş fasadlarda olduğu kimi, çınqıl doldurulmuşdu.

Araşdırma zamanı biz şimal-şərq tərəfdə qapı olduğu zənn edilən bir boşluğa rast gəldik. Bu boşluğun eni 8, 3 m idi. IV Dövrdə burada inşa olunan divar, ehtimal ki, sitadelə gedən orijinal qapı olmuşdur. Bu divarın şimal yamacın ən əlverişli mövqeyində yerləşməsi irəli sürülən ehtimalı təsdiq edir. Əlavə olaraq demək olar ki, burada çay daşlarından işlənmiş təmələ rastlanmamış, çay daşlarını kiçik hissələrə bölünmüş əhəng daşı ilə birləşdirən başqa bir üsuldan istifadə edilmişdir. Bu aralıqda, qərb tərəfdə ana qaya üzərində açılmış oyuq, böyük ehtimalla qapı oxu üçün nəzərdə tutulmuşdur. Bu pilləkənli sahə, ola bilsin ki, III Dövrdə sitateldə rastlanmış divara bənzər tikinti zamanı doldurulmuşdur (şəkil. 7). IV Dövrün son cərgələri kiçik həcmli yastı daşlarla işlənmiş və səviyyəni düzəltmək üşün istifadə edilmişdir. Bu tikintinin üzərinə iki cərgə kərpic tikinti, ondan sonra isə üç cərgə böyük daş bloklar qoyulmuşdur. Daş blokların əksəriyyəti IV Dövrdəki bənzərlərinə nisbətən çox kiçik idi. Ümumiyyətlə, yan-yana qoyulmuş 20-30 sm2 ölçülü daşlar pis inşaat texnikasından xəbər verirdi, belə ki, bu tikintidə daşların bir çoxu bloklarla uyğun deyildi.

Müdafiə sistemi üzərindəki araşdırmalar da istehkamın qərb hissəsi haqqında aydın təsəvvür yaratmağa imkan verdi. Şimal bürcdən qərbə doğru araşdırmalarda biz bilmək istəyirdik ki, istehkamın bu hissəsinin tikilməsində hansı üsullardan istifadə edilmişdir. Nəticədə şimal bürcdən cənuba doğru biz 70 m uzunluğundakı tikintini aşkara çıxardıq. Qərb istehkamının tikintisində istifadə olunmuş yonulmuş daşlar bu hissədə istifadə olunan ən böyük bloklardan ibarət idi. Bu həmçinin divarın şimal hissəsinə də aid idi, hansı ki, bürclə eyni zamanda inşa olunmuşdu. Burada istifadə olunan əhəngdaşları bloklarının həcmi 60-70 m2 arasında olub kvadrat formada yonulmuş və onların inşasında bir neçə daş parçasından istifadə edilmişdi. Bu divarın özünəməxsus xüsusiyyətlərindən biri qeyri-adi kobud künclərdən istifadə edilməsi idi. Birinci təməldə əyilmə bucağı 60 dərəcədirsə, digərində bu gözlənilməz halda 90 dərəcə təşkil edir. Bu təməl 7 m davam edir, lakin 4 m cənubda, şimal divara doğru bir qədər müntəzəm tikinti izlənilir. Bu sahədən götürülmüş bir neçə kömürün radiokarbon analizi bu divarın III və IV Dövrlər ərzində, təqribən e. ə. 800-250-ci illərdə fəaliyyət göstərmişdir. Sonrakı dövrlərdə istehkamlar görünmüş, ola bilsin ki, onlardan yenidən müdafiə məqsədilə istifadə olunmuşdur.

Qərb divarı boyunca aparılan təmizləmə işləri zamanı biz Oğlanqalanın II Dövrünə aid küp qəbirlərlə rastlaşdıq (şəkil. 9). Burada qəbirlərin olması təsdiq edir ki, tikinti və bərpa işlərindən sonra onlar öz funksiyasını itirmişdir. Bu qəbirlərdə cinsi məlum olmayan və pis saxlanmış yaşlı adama aid skelet qalıqlarının bir hissəsi aşkar edildi. Lakin küp qəbirin qərb tərəfində aşkar olunan iki qulplu küpə bilavasitə Oğlanqalanın yerli insanlarına aid idi. Bu adam Roma imperiyasından gətirildiyi zənn edilən olduqca zəngin avadanlıqla dəfn edilmişdi (şəkil. 10). Əvvəlcə qəbirdən imperator Avqustun portretini göstərən dörd gümüş sikkə tapıldı. Lakin sikkələr paslanmış və bir qədər dağılmışdı. Buna baxmayaraq onların eyni tipli olduğu və üzərində iki kitabə olduğu aydın seçilirdi. Sikkələrin üz tərəfində dəfnə yarpağından tac qoyan Avqustun sağ tərəfdən şəkili var idi. Onun kənarında “CAESAR AVGVSTVS DIVI F PATER PATRIAE.” sözləri yazılmışdı. Sikkənin arxa tərəfində Sezarın Qayus və Lusiusunun iki təsviri verilmişdir. Şəkil üz tərəfdən arxasında nizələr olan qalxana söykənmiş vəziyyətdə təsvir edilmişdir. Kənarda isə “VGVSTI F COS DESIG PRINC IVVENT, C L CAESARES” kitabəsi yazılmışdır. Sikkələrin üçü numizmatik araşdırmalardan yaxşı məlumdur və ehtimal ki, e.ə. 2-ci il və bizim eranın 12-ci ilində kəsilmişdir. Diğər sikkələr isə daha kiçik diapozona malik olub e. ə. 2-ci il, bizim eranın 4-cü ili ilə tarixlənir3. Bundan başqa dəfn edilənin bir tunc və dörd qaşlı üzüyü var idi. Onların üzərində inək və medalyon təsviri var idi. Bundan başqa qəbir inventarına yuvarlaq şəkilli şüşə flakon və bu tip flakona aid parçalar da daxil idi. Bunlarla bərabər Finikiya mənşəli şirli muncuq da aşkar edilmişdir.

Qəbir avadanlığının Roma mənşəli olması bir qədər mübahisəlidir. Avqustun hökmranlığı zamanı dövlət Parfiya ilə müharibələrdən yan keçməyə çalışaraq, diplomatik yolla 20-ci ildə Krassın itirdiyi əraziləri qaytarmaq və Roma standartlarını bərpa etmək istəyirdi. Onun oğulluğu Tiberius həmin dövrdə Cənubi Qafqazda hərbi əməliyyatlar aparmağa və çəkişmələr törətməyə çalışırdı. Küp qəbirin materialları göstərir ki, sonunda bu vilayət romalıların hakimiyyəti altına düşməmişdir. Lakin aydın deyil ki, burada dəfn edilən insan yerli, yaxud xarici vətəndaş olmuşdur. Ehtimal ki, onun dişlərindəki izotopların analizi bu məsələni aydınlaşdırmağa imkan verəcək. Əğər o yeli sakindirsə, o zaman qəbirin materialları Oğlanqalanın əlaqələrini göstərir və bu sərhəd şəhərinin Poma və Parfiya münasibətlərində mühüm yer tutduğunu təsdiq edir.

Figure 4
Figure 6
Figure 7
Figure 8
Figure 9
Figure 10